«Prezidentin təyyarəsi «daş kimi» yuvarlanmağa başladı...»
Rusiya KİV-nin yaydığı məlumata görə («Ria Novosti»), bu gün Vatikana rəsmi səfərə yollanan Serbiya prezidentinin təyyarəsi möcüzə nəticəsində qəzadan qurtulub və sağ-salamat Belqradın «Nikola Tesla» aeroportuna enib.
Bu barədə prezidentin müşaviri Stanislav Pak açıqlama verib:
«Nasazlıq üzündən prezidentin təyyarəsi «daş kimi» yuvarlanmağa başladı. Yalnız pilotların peşəkarlığı sayəsində faciədən yayınmaq mümkün oldu...»
Prezidentin Vatikana səfəri ləğv olunub. Təyyarədə prezidentdən və onun müşaviri Stanislav Pakdan başqa digər müşavirlər - İvan Mrkiç, Oliver Antiç və Yasmina Mitroviç-Mariç də olub. Mühərriki sıradan çıxan anda «Falcon 50» prezident təyyarəsi 10 min metr hündürlükdə uçurmuş.
Müşavirin sözlərinə görə, prezident administrasiyasının üzvləri gələcəkdə reys təyyarələrinin xidmətindən istifadə edəcəklər.
Serbiya prezidenti Vatikanda papa Fransisk və səltənətin dövlət katibi kardinal Pyetro Parolinlə (iyerarxiya üzrə Vatikanın ikinci şəxsi) görüşməli idi.
Xəbər verilir ki, Nikoliç artıq papaya üzrxahlıq məktubu göndərərək, səfərin ləğv olunmasından təəssüfləndiyini bildirib və yaxın zamanlarda yeni səfərin təşkil olunacağına ümid etdiyini nəzərə çatdırıb.
AzPolitika.info


Şərhlər