Menu

NATO öz tarixində ən böyük hərbi təlimə hazırlaşır

18.04.2015, 09:36
NATO öz tarixində ən böyük hərbi təlimə hazırlaşır

NATO Hərbi Hava Qüvvələrinin komandanlığı Latviyanın milli silahlı qüvvələri ilə birgə aprelin 21-22-də Baltik ölkələri üzərində sayca 20-ci təlim uçuşları həyata keçirəcəklər. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu, alyans tarixində ən geniş miqyaslı təlim olacaq.

Hərbi manevrlərdə NATO-nun 10 üzv dövləti – Belçika, Almaniya, İspaniya, Estoniya, İtaliya, Latviya, Litva, Norveç, Polşa və ABŞ, həmçinin, “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində Finlandiya və İsveç iştirak edəcək.

Təlimlər Rusiya ilə birbaşa sərhəddə keçirilməsi ilə də diqqətdə olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol