Menu

Burcanadze Krımı Rusiyanın bir hissəsi sayır

18.04.2015, 12:51
Burcanadze Krımı Rusiyanın bir hissəsi sayır

«Ukrayna hakimiyyəti prinsipial səhvlər buraxdı...»

AzPolitika.info Rusiya KİV-nə istinadən («Ria Novosti») xəbər verir ki, Gürcüstan «Demokratik Hərəkatı»nın lideri Nino Burcanadze Krımı Rusiyanın bir hissəsi hesab edir. Bu fikri o, «İmedi» telekanalının efirindən səsləndirib: «Ukrayna hakimiyyəti bir sıra prinsipial səhvlər buraxdı. Bunun nəticəsində Krım Rusiyanın tərkibində qərarlaşdı. Bu, bir faktdır ki, Krım indi Rusiyanın bir parçasıdır və heç vaxt Ukrayna ərazisi olmayacaq...»

Burcanadze qeyd edib ki, bu məsələdə müəyən nəticələr çıxarmaq üçün belə bir reallıqdan çıxış etmək olar - «bu gün artıq heç bir dövlət Krım haqqında danışmaq istəmir».

Bizim xatırlatma: Təxminən bir il bundan əvvəl Krım Ukraynanın yeni hakimiyyətini legitim hesab etmədiyi üçün bölgənin gələcək taleyini müəyyən etmək məqsədilə referendum keçirmək qərarı verdi. Səsvermə 2014-cü il martın 16-da baş tutdu. Bülletenlərə iki sual daxil edilmişdi: «Siz Krımın federasiya subyekti statusunda Rusiyaya birləşməsinə razısınızmı?» və «Siz Krım Respublikası Konstitusiyasının bərpasına və Krımın Ukraynanın bir hissəsi olması stutusuna razısınızmı?»

Səsvermədə iştirak edəfnlərin (83,1 faiz ) böyük əksəriyyəti (96,77 faiz) Krımın Rusiyaya birləşməsinin lehinə səs verdi. Uyğun müqavilə martın 18-də imzalandı. Ardınca, müqaviləni Rusiya Dövlət Duması və Federasiya Şurası təsdiqlədi. Bu qurumlar həm də ölkədə iki yeni federasiya subyektinin - Krım Respublikasının və federal statusulu Sevastopol şəhərinin yaradılması barədə konstitusiya qanununu qəbul etdilər. Hər iki sənədi prezident V.Putin imzaladı. Bundan əvvəl isə Putin bəyan etmişdi ki, Krımda keçirilən referendum beynəlxalq hüquq normalarına və Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə uyğundur.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol