Menu

RUSİYA ARKTİKADA MÖHKƏMLƏNİR - "Yeni torpaq" hərbiləşdirilir

21.04.2015, 17:31
RUSİYA ARKTİKADA MÖHKƏMLƏNİR - "Yeni torpaq" hərbiləşdirilir

"Krım nümunəsi göstərdi ki, Rusiya üçün yeni ərazilərin əldə olunması söz yığınından qiymətlidir"

İtaliyanın «Panorama» qəzetinin saytında dərc olunmuş məqaləsində jurnalist Alfredo Mantiçi yazır ki, Qərb ölkələri Ukrayana münaqişəsinə «aludə olduğu» bir vaxtda, Rusiya təbii ehtiyatlarla zəngin olan Arktika bölgəsində öz təsir gücünü artırmaqda davam edir (Ria Novosti).

Mantiçi yazır ki, Ukrayna böhranı NATO və ABŞ-ın strateji hücumu və alyansın Rusiya sərhədlərinə yaxınlaşması kimi qiymətləndirilə bilər. Amma bir neçə il bundan əvvəl öz uzaqgörənliyi ilə ad çıxarmış Rusiya siyasətçiləri Şərq-Qərb qarşıdumasında Şimal qütbünə yol açan «yeni cəbhə» açdılar.

Qlobal istiləşmə və Arktika buzlaqlarının əriməsi nəticəsində Avropa və Asiya arasında yeni ticarət yolları yaranır və yeni neft-qaz yataqlarına çıxış əldə olunur. Bunudan dolayı, Moskva bölgənin özünə aid olan hissəsində militarizasiya prosesinə start verib. «Novosibirsk adaları»nda Şimal donanmasının bazası yaradılır, «Yeni torpaq»dakı aerodromun modernləşdirilməsi isə burada ən yeni qırıcı və bombardmançı təyyarələrin enib-qalxmasını mümkün edib.

Jurnalist yazır ki, 2014-cü ilin sonlarında Rusiya Arktikada geniş miqyaslı hərbi təlimlər keçirdi. Böyük ehtimalla, Rusiya bununla NATO-ya bir siqnal vermiş oldu. Rusiya Federasiyasının yeni hərbi doktrinasında Arktika, Qara dəniz bölgəsi ilə eyni statusda Müdafiə Nazirliyi üçün prioritet istiqamətlər siyahısına daxil edilib. Ardınca, bölgədə arktik birləşmələrin yerləşdiriləcəyi elan olunub.

Maraqlıdır ki, Rusiyanın bu təşəbbüsləri Norveçdə ciddi narahatçılığa səbəb olub. Çünki Norveç Arktika bölgəsində fizki mövcudluğu olan yeganə NATO ölkəsidir.

Müəllif yazır ki, bölgədə «yeni cəbhənin açılması» Moskva ilə Qərb arasında münasibətlərin gərginləşməsi prosesinə əlavə elementlər qatmış olur.

Mantiçinin fikrincə, Rusiya bu situasiyadan istifadə edib, Ukrayna məsələsində «təzyiqin zəiflədilməsi»nə çalışacaq. Bundan başqa, Krım nümunəsi göstərdi ki, Rusiya üçün «yeni ərazilərin əldə olunması söz yığınından qiymətlidir». Odur ki, NATO və Avropanın başının Ukrayna böhranına qarışdığı bir vaxtda, Arktika sularında Rusiyanın təsir gücü addım-addım artacaq.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol