Menu

Gürcüstan prezidenti saxta soyqırım tədbirinə qatılmayacaq

21.04.2015, 20:46
Gürcüstan prezidenti saxta soyqırım tədbirinə qatılmayacaq

Gürcüstan prezidenti Georgi Margvelashvili aprelin 24-də Ermənistanın iddi etdiyi “erməni soyqırımı”nın 100 illiyinə həsr edilmiş tədbirdə iştirak üçün Yerevana getməyəcək.

Bu barədə Gürcüstan prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Tenigiz Pkhaladze aprelin 21-də keçirdiyi brifinqdə məlumat verib.

O qeyd edib ki, Belarus prezidenti Aleksandr Lukashenka aprelin 22-24-də Gürcüstanda rəsmi səfərdə olacaq, buna görə də Margvelashvili Yerevana gedə bilməyəcək.

Ermənistan Osmanlı imperiyası dövründə milyonyarım erməninin soyqırımına məruz qaldığını iddia edir.

Türkiyə isə bu rəqəmin qat-qat şişirdildiyini və həmin vaxt Türkiyədə baş verən vətəndaş müharibəsində hər iki tərəfdən xeyli ölənlər olduğunu deyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol