Türkiyəni silkələyən korrupsiya və rüşvət əməliyyatında oğlu həbs olunan nazirlərdən biri – daxili işlər naziri Müəmmər Gülər sükutu pozub. Həyata keçirilən əməliyyat, eləcə də oğlunun həbsi barədə televiziyadan xəbər tutuan Gülər neçə gün idi ki, heç bir açıqlama vermirdi. Nəhayət, dekabrın 22-də mövzu ilə bağlı ilk dəfə danışıb.
Gülər “Twitter” hesabında belə bir açıqlama yayıb: “Sevgili həmşəhərlilərim, etimadınız üçün çox təşəkkürlər. Heç bir qanunsuz işimiz ola bilməz. Verməyəcəyimiz heç bir hesab da yoxdur”.
Nazir həmçinin, “Anadolu” agentliyinə də açıqlama verib: "Yayınlanan sözde sübutlarda bir çox ziddiyətlərin olduğu hətta ilk baxışdan da görünür. Bizim danışıq qeydlərinə pulla bağlı mövzularda əlavələr edilib. Bunlar ilk baxışda belə, açıqca başa düşülür...
Bu əməliyatı korrupsiya ilə mübarizə adı altında qurulan son dərəcə iyrənc bir tələ kimi qiymətləndirirəm. Daha vacibi, bu əməliyyat medianın da manipulyasiya edilməsi ilə həyata keçirilən qarayaxma kampaniyasına çevrilib. Əməliyyatla bağlı bütün hüquqi və prosedur tələblər yerlə bir edilib...
Əməliyyatın ilk günündən onun gizliliyi haqda qərar pozulub, həm polis, həm də başqa kanallar vasitəsilə ifadələr, görüntülər, qeydə alınan nə varsa mediaya sızdırılıb.
Təəssüf ki, burada qanunların açıq şəkildə tapdalandığını görürük. Məhkəmə istintaqı müddətində verilən qərarlara əlbəttə ki, sayğı ilə yanaşacağıq. Təqsirsizlik prezumpsiyasının diqqətlə qorunmasının vacib olduğunu da bu məqamda vurğulamaq istəyirəm. Əksi sübut olunmayana qədər, hər kəsin təqsirsiz olduğu unudulmamalıdır...”.
“Sübutlar uydurulubmu deyirsiz?” sualına “Təəssüf ki...” deyə cavasb verib. “Televiziyalarda, qəzetlərdə, internet saytlarında yayılan bir çox qeydlərdə əlavələr var. Dəlillərin əldə edilməsində də bəzi əskikliklərə yol verilib”, - deyə Gülər bildirib.
Nazir baş verənləri özünün və həmkarlarının ailələrinə, bundan da artığı, AKP-yə qarşı yönəlmiş oyun adlandırıb. Bildirib ki, ictimai rəyi çaşdırmaq üçün 3 ayrı əməliyyat birləşdirilərək eyni əməliyyta kimi təqdim olunur.
Gülər baş verənlərlə bağlı ona ünvanlanan bütün ittihamlara cavab verməyə hazır olduğunu bildirib. Özünə qarşı rüşvət ittihamını rədd edən nazir ortada buna dair hər hansı dəlilin olmadığını deyib. O, araşdırmaların sonunda günahsızlığının sübut olunacağına inamını ifadə edib.
Gülər iddia edib ki, istintaq sənədlərində hər şey əvvəlcədən hazırlanıb, müdafiə tərəfin hüquqları məhdudlaşdırılıb, nazirlər haqqında parlamentə alayarımçıq bir təqdimat hazırlayıb və onu tələm-tələsik imzalatmaq üçün cəhdlər ediblər. “Bütün bunlar istintaqı aparanların öz vəzifələrini pis yerinə yetirdiklərini göstərir. Təəssüf ki, polis əməkdaşlarını da buna alət ediblər. Ortadakı əskikliklər mütləq nəzərə alınacaq”, - deyə o əlavə edib.
Nzair oğlu ilə bağlı ittihamları da rədd edib.

"Ne mənim, nə övladımın, nə də onun qədər dəyərli həmkarlarımın səhv addım atması doğru deyil. Qarşıdakı günlərdə hər şey aydın olacaq".
Nazir bütün bu hadisələrdən üzüağ çıxacaqlarını bildirib.
Xatırladaq ki, İstanbul və Ankarada keçirilmiş xüsusi əməliyyat nəticəsində 52 nəfər saxlanılmışdı. Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan da olub. Bununla yanaşı, korrupsiya qalmaqalını araşdıran yüksək vəzifəli polis məmurları işdən azad edilib.
Həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub. Həmçinin korrupsiya qalmaqalında iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın adı hallanır.
Qeyd edək ki, bu gün Türkiyədə korrupsiya qalmaqalında adı hallanan Fatih bələdiyyəsinin sədri Mustafa Dəmir həbsdən azad edilib. Həmçinin məhkəmənin qərarı ilə daxili işlər nazirinin oğlu Barış Gülər və iş adamı Rza Zərrab barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə həbs olunanlar arasında iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan da var.


Şərhlər