Menu

Külək və yağış olacaq - Proqnoz

22.04.2015, 13:08
Külək və yağış olacaq - Proqnoz

Aprelin 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamaısnda bildirib ki, səhər bəzi yerlərdə çiskin olacağı, gecəyə doğru yağı yağacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 11-15 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 11-19, dağlarda gecə 0-5, gündüz 6-11 isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol