Menu

Saakaşvili kamuflyaj geyindi - Video

22.04.2015, 15:33
Saakaşvili kamuflyaj geyindi - Video

Keçmiş prezident ilk dəfə Ukrayna dilində jurnalistlərlə ünsiyyət saxlayıb

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili kamuflyaj geyinib və ukraynca danışıb. Anspress-in məlumatına görə, Ukrayna televiziyasına müsahibə verən Saakaşvili ilk dəfədir ki, Ukrayna dilində jurnalistlərlə ünsiyyət qurub.

Çəkiliş Şimali Donetskdə baş tutub. Sabiq prezident bildirib ki, ön cəbhədəki vəziyyəti şəxsən maşahidə edib:

"Mən Ukrayna və gürcü təlimatçılarla döyüş gedən ərazilərdə idim. Orada könüllü gürcü ilə rastlaşdım. O Şirokinoda ağır yaralanmışdı. O gürcü sonra öldü. Ancaq könüllü əsgər Rusiya təlimatçısını məhv etməyi bacarıb. Bu artıq üçüncü gürcüdür ki, Ukrayna üçün həlak olub", - deyə Saakaşvili bildirib.

Gürcüstanın sabiq prezidenti gürcü əsgərlə nə vaxt və hansı şəraitdə danışmağı barədə ətraflı məlumat verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol