Menu

Ramil Usubovdan yeni kadr dəyişikliyi

22.04.2015, 15:36
Ramil Usubovdan yeni kadr dəyişikliyi

Azərbaycanın daxili işlər orqanlarında kadr təyinatları olub. Report.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən, polis mayoru Məmmədov Səhman Cəfərqulu oğlu Bakı Şəhər Baş Polis İdarəsi Metropolitendə Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun rəisi təyin olunub.

S.Məmmədov bu təyinata qədər Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəis müavini vəzifəsində çalışıb.

Nazirin digər əmrinə əsasən isə Səbail RPİ-nin 8-ci PB-nin rəisi müavini, polis mayoru Əhədov Rəşad Eldar oğlu 9-cu PB-nin rəis müavini təyin edilib.

Səbail RPİ-nin 9-cu PB-nin baş əməliyyat müvəkkili, polkovnik-leytenant İlham Məmmədov isə 8-ci PB-yə rəis müavini təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol