1915-ci il hadisələri ilə bağlı erməni iddialarını araşdıran beynəlxalq tarixçilər erməni arxivlərini əldə edə bilmədikləri barədə şikayətlənirlər. SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, Avrasiya Araşdırmaları Mərkəzinin (AVIMIZ) tədqiqatçısı, fransalı tarixçi Maksim Qauin 1915-ci il hadisələrinin beynəlxalq səviyyədə daha çox alim və tarixçi tərəfindən araşdırılmalı olduğunu bildirib: "Nə vaxt ABŞ və ya Fransadakı erməni arxivlərini görmək istəsəm, ya bunun mümkün olmayacağı cavabını almışam, ya da ümumiyyətlə cavab ala bilməmişəm.
Türkiyə arxivlərində isə belə bir problem yoxdur; istənilən vaxt arxivlərdəki sənədləri asanlıqla araşdırmaq mümkündür."


Şərhlər