Menu

"Artıq ağır döyüşlər başlayıb" - ATƏT

22.04.2015, 20:09
"Artıq ağır döyüşlər başlayıb" - ATƏT

Donetsk aeroportu ərazisi ağır silahlardan atəşə məruz qalıb

ATƏT müşahidəçiləri Ukrayna Silahlı Qüvvələrinin Donetsk ərazisindəki təmas xəttində separatçı döyüşçülər tərəfindən vəziyyətin daha da kəskinləşdirildiyini bildiriblər. Anspress-in məlumatına görə, ATƏT-in Xüsusi Monitorinq Qrupunun ötən gün dərc olunmuş son məruzəsində deyilir ki, intensiv döyüşlər Donetsk aeroportu və Mariupolun Şirokino məntəqəsinə yaxın ərazidə gedib.

Məruzədə göstərilir ki, aprelin 20-dən başlayaraq Şirokino ərazisinə doğru tanklardan, minaatanlardan, pulemyotlardan və digər atıcı silahlardan istifadə olunmaqla tammiqyaslı döyüş başlayıb. Müvəqqəti sakitlikdən sonra, axşama doğru Donetsk aeroportu ərazisi ağır silahlardan atəşə məruz qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol