Menu

Rusiyanın raket sınağı fiaskoya uğradı

22.04.2015, 20:32
Rusiyanın raket sınağı fiaskoya uğradı

Aprelin 22-də Rusiyanın Plesetsk kosmodromundan buraxılan eksperimental raket start meydanının 7 kilometrliyinə düşüb.

Arxangels hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə mütəxəssislər göndərilib, təhlükə yoxdur.

Raketin uğursuz sınağı barədə ilk olaraq yerli kütləvi informasiya vasitələri məlumat yayıb.

Sonradan məlumatı Rusiyanın Fövqəladə Hallar nazirliyi də təsdiqləyib.

TASS-ın məlumatına görə raketi müdafiə-sənaye kompleksinə məxsus müəssisələrdən biri buraxıb. /"Azadlıq" radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol