Menu

İŞİD-ə qarşı yeni ordu yaradılır

23.04.2015, 01:56
İŞİD-ə qarşı yeni ordu yaradılır

İraq İŞİD terrorçu qruplaşmasına qarşı yeni ordu qurur. ANS PRESS-in məlumatına görə, Türkiyədə səfərdə olan İraq prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbaut konfransında yeni ordu qurduqlarını açıqlayıb. Onun sözlərinə görə, İraq ordusu yaxın müddətdə Mosulu azad etmək üçün əməliyyata başlamayacaq:"Mosul çox böyük bir şəhərdir və əhalisi da çoxdur. Belə bir əməliyyat üçün bütün hər şeyi tamamlamaq lazımdır. Yeni qurulan ordu yalnız şiələrdən ibarət deyil. Orduda bütün qruplardan olan hərbçilər var".

Fuad Masum İŞİD-lə mübarizədə üzləşdikləri çətinliklərdən də danışıb: "İŞİD nizamli təşkilat deyil, şəbəkə təşkilatıdır. Bu gün burada terrorlar edir, sabah başqa kənddə və ya şəhərdə edir. Bu yaxınlarda Tiqritdə də qarşıdurmalar oldu. Amma İraq silahlı qüvvələri Tiqritdə müvəffəqiyyət əldə edə bildi. Diyalə şəhərində də qarşıdurmalar var. Bu qarşıdurmalar davam edir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol