Menu

Rusiya separatçılara təlim keçir

23.04.2015, 09:19
Rusiya separatçılara təlim keçir

Rusiya Ukraynanın şərqində, qondarma Donetsk və Luqansk respublikalarının ərazisində hava hücumundan müdafiə sistemi yaradıb. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf bəyan edib

Onun sözlərinə görə, rusiyalı hərbçilər separatçıların hərbi hazırlığı ilə məşğuldurlar. “Rusiyadan gələn hərbçilər separatçıları pilotsuz təyyarələrdən istifadə etməyə öyrədirlər. Həmçinin Donbasla sərhəddə Rusiya qoşunlarının cəmləşməsi müşahidə olunur”, deyə M.Harf vurğulayıb.

Məlum olduğu kimi, rəsmi Moskva şərqi Ukraynada qoşun və hərbi texnikaya malik olduğu barədə məlumatları təkzib edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol