Menu

Boko Harama qarşı son və qəti hücuma başlanıldı

23.04.2015, 09:35

150213141329_boko_haram_640x360_afp_nocreditNigeriyanın quru qoşunları islamçı Boko Haram yaraqlılarının son istehkamı olan məntəqəyə hücum əməliyyatına başlayıb.

Nigeriyanın quru qoşunları islamçı Boko Haram yaraqlılarının son istehkamı olan məntəqəyə hücum əməliyyatına başlayıb.

Ölkənin şimal-şərqindəki Sambisa meşəliyində Boko Haramın bir neçə bazası var və təşkilat ölümcül hücumlarını bu bazalardan həyata keçirir.

Bu ərazi ötən fevraldan bəri havadan raket zərbəsinə tutulur.

Şibok məktəbində oğurlanan onlarca məktəbli qızın da burda gizlədildiyi güman edilir.

Boko Haram 2009-cu ildən bəri Nigeriyada minlərlə insanı qətlə yetirib.

Ekstremist qruplaşmanın qiyamı nəticəsində 3 milyon insan evlərindən didərgin düşüb. /"Azadlıq" radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol