Menu

Dünya çempionu üzr istədi

23.04.2015, 23:56
Dünya çempionu üzr istədi

Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" turnirində iştirak edən sabiq dünya çempionu Vladimir Kramnik hakimlərə yaxınlaşaraq üzrxahlıq edib.ANS PRESS-in məlumatına görə, rusiyalı şahmatçı V turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məğlubiyyətdən sonra mətbuat konfransına gəlmədiyinə görə təəssüfləndiyini bildirib.

Kramnik həmin gün 7 saata yaxın mübarizə apardığına görə yorulduğunu söyləyib.

Vladimir Kramnik "Synergy Group"un təşkil etdiyi turnirin son turlarında mətbuat konfransında iştirak edəcəyini deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol