Menu

ABŞ Transxəzər qaz kəmərinin çəkilişini dəstəkləyir

24.04.2015, 10:32
ABŞ Transxəzər qaz kəmərinin çəkilişini dəstəkləyir

Amerika Birləşmiş Ştatları Avropa Birliyinə Transxəzər qaz kəmərinin inşası layihəsinin reallaşmasına tam dəstək verəcəyini bildirib. “APA-Economics” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Ernest Morits bəyan edib.

“Biz alternativ mənbə kimi Xəzər qazının Avropaya nəqlinin təmin edilməsi planını tam dəstəkləyirik. Avropa Komissiyası bazarın nizamlanması və Avropaya yanacağın tədarükünün diversifikasiyası ilə bağlı enerji təhlükəsizliyi sahəsində etirazını bildirir”, - deyə o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol