Müsadirə olunan pulların 2 milyon avrosu Balkan Universiteti üçün verilən, qalanı isə İmam Hatip Liseyi üçün ayrılan pullardır
Türkiyədə “böyük rüşvət” əməliyyatında həbs edilən “Halkbank”ın baş direktoru Süleyman Aslanın məhkəmədəki müdafiə çıxışı mətbuata sızıb. S.Aslanın evində ayaqqabı qutularının içərisində tapılan 4.5 milyon dolların ianə olduğunu dediyi artıq yayılmış məlumatdır. Bankir bildirmişdi ki, evində saxladığı 4.5 milyon dollar Makedoniyada Balkan Universiteti və Çorum Osmancık Anadolu İmam Hatip Liseyi üçün yığılmış ianə olub.
Məhkəmə də isə S.Aslan bildirib ki, Universitetin qəyyumlar şurasının sədri olan H.B. adlı İstanbuldan millət vəkili (söhbət Hüseyn Bürgəndən gedir – red.) ona “Türkiyədə ianə yığılıb, Makedoniyaya çatdırmağa çətinlik çəkirik”, deyərək kömək istəyib. Sonra da oğlu C.B. vasitəsilə ona 1 milyon 950 min avro verib. S.Aslan ifadəsində Rza Zərrab barəsində də danışıb: “Rza Zərrab xeyriyyəçiliklə məşğul olmaq istədiyini deyəndə, ağlıma məzunu olduğum Çorum Osmancık İmam Hatip Liseyi gəldi. Ehtiyacları ona deyəndə xərci ödəməyə hazır olduğunu bildirdi. Doğulduğum yer, oxuduğum məktəb olduğunu düşünüb, bu təklif barədə yerli idarəçilərə, məktəb rəhbərliyinə və Çorumdan olan millət vəkillərinə məlumat verdim. Texniki səbəblərdən layihənin icrasına başlaya bilmədiyimiz üçün verilən ianələri öz evimdə saxladım. Vəziyyəti Çorum millət vəkilimiz C.B.-yə də danışıb 7 milyon lirə ianənin yığıldığını demişdim”.
Süleyman Aslan deyib ki, Balkan Universiteti üçün yığılan pulların 450 min avrosunu qarşı tərəfdəki hüquqi prosedurlar səbəbindən vaxtında ünvanına çatdırmaq mümkün olmayıb. Buna gör də həmin vəsaiti də evində saxlayıb. Bank direktorunun sözlərinə görə, millət vəkili H.B.-nin ona verdiyi 1 milyon 950 min avro ianənin yalnız 950 minini çətinliklə ünvanına çatdıra biliblər. 1 milyon avro isə evdə qalıb. Əməliyyat zamanı da həmin pullar müsadirə olunub.
Süleyman Aslan bildirib ki, Rza Zərrab da Balkan Universitetinə öz xətti ilə 500 min avro ianə göndərib. İanə üçün nəzərdə tutduğu qalan vəsaiti isə göndərməyə çətinlik çəkib və pulları ünvanına çatırmaq üçün “Halkbank”ın direktoruna verib. Bankirin dediyinə görə, ona verilən pulları Makedoniyaya niyə köçürə bilmədiklərini göstərən bütün qeydlər bankın sənədlərində mövcuddur. S.Aslan qeyd edib ki, hazırda müsadirə olunan pulların 2 milyon avrosu Balkan Universiteti üçün verilən, qalanı isə İmam Hatip Liseyi üçün ayrılan pullardır.
Vəkil diqqəti ABŞ-a yönəltdi

Vəkil deyib ki, BOTAŞ ve TÜPRAŞ-ın İrandan aldığı xam neftə görə ödəməli olduğu pulları “Halkbank”da İranın hesablarına köçürülüb. İrandan bu vəsaitlərinin saxlanması üçün qızıl alınır. Pulların sahibi hansı firmaya desə, “Halkbank” da pulları o firmanın hesabına köçürüb. “Ortada bir qəpik də qara pul yoxdur. Əksinə, bu ticarətdən Türkiyə Cümhuriyyəti milyardlarla dollar qazanır. Sırf Amerikanın mənfəəti üçün Türkiyə qanuni ticərət əməliyyatlarından imtina edəsi deyil”, - deyə Ersan Şən bildirib.
Vəkil qeyd edib ki, 2013-cü ilin avqustundan qızıl ticarətinə embarqo qoyulduğu üçün qida ticəarti başlanıb. Müvəkkili olan bank müdürünün burada hər hansı şəxsi qazancından söhbət gedə bilməz. Bank qanuni əməliyyatlar həyata keçirib və bütün qazanılan da bankın və Türkiyənin mənfəətidir.
Ersan Şən bildirib ki, ortada nə bankın zərəri var, nə də haqsız mənfəəti. Vəkil mütəşəkkil cinayətkarlıq ittihamlarının gülməli olduğunu deyib.
Ersan Şən müvəkkili Süleyman Aslanın həyat yoldaşı ilə telefon danışıqlarının dinlənilməsini cinayət adlandırıb. O da müvəkkili kimi qeyd edib ki, evdən tapılan 4.5 milyon dollar ianə olub. Bunu sübut etmək üçün vəkil İstanbuldan millət vəkili Hüseyn Bürgənin, Bəkir Yazıcının, Əhməd Aksunun və İdris Makinacının şahid kimi dindirilməsini tələb edib. Lakin onun vəsatəti təmin olunmayıb.
«Türk Hava Yolları»nda nurçuların 4 qəzetinə qadağa qoyuldu

Ərdoğan-Gülən «atışması» davam edir

Dünən «Herkul.org» saytında Fətullah Gülənin Ərdoğanın bu açıqlamasına cavabı yayılıb: «Müsəlmana «çete» deyənlər, “şəbəkə” deyənlər, onları meymun hesab edənlər... Bunlarla heç bir əyrini düzəltmək olmaz. İnsanların gözlədiyi o həqiqətlər heç vaxt bunların əliylə üzə çıxmaz. Xəyanəti müdafiə edir, onu ifşa edənlərə təxribatçı deyirlər. Kiminsə xəyanətini ifşa etmək kimi bir vəzifəmiz yoxdur. Amma biriləri bunu edibsə, bu, bizə aidiyyəti olmayan işdir. Bu işə müdaxilə etmək fikrimiz yoxdur. Allah kimin kim olduğunu görür».
Ankara polisinə də növbə çatdı

İstanbul Polis İdarəsinin xüsusi-xidmət üzrə şöbə rəisi Əhməd Arıbaş isə şübhəli şəxs qismində dindirilmək üçün prokurorluğa çağırılıb. Lakin Polis İdarəsi Arıbaşın hansı dəlil və ittihamlar üzrə prokurorluğa çağrılmasının qeyri-müəyyən olduğunu əsas gətirərək şöbə rəisini ifadə verməyə göndərməkdən imtina edib.
Daxili işlər naziri Müəmmər Gülər isə oğluna qarşı həyata keçirilən əməliyyatı növbəti dəfə təxribat kimi qiymətləndirib. Gülər bildirib ki, oğlu ilə telefon söhbətlərində pul sözünün keçdiyi hissələrə çox peşəkarcasına müdaxilə və əlavələr edilib: «Bu cür yalanlarla ictimai rəyi məharətlə çaşdırmağa çalışırlar». Nazir bununla bağlı müvafiq orqanlara şikayət edəcəyini də bildirib.
Ebru Gündəş Zərraba baş çəkdi



Şərhlər