Menu

ВР TANAP layihəsinin səhmdarı oldu

24.04.2015, 18:10

BP emblem 270710«Şahdəniz» layihəsinin operatoru olan BP şirkəti TANAP layihəsinin səhmdarı olub. TANAP A.S şirkətində Turan-a eksklüziv olaraq bildiriblər ki, bu, aprelin 16-da olub.

“ BP şirkəti bütün mərhələləri keçib və hüquqi sənədləri imzalayıb”, deyə agentliyin mühasibi bildirib.

Martın 12-də Ankarada TANAP A.S. ilə ВР arasında səhmdar sazişi imzalanıb və Britaniya şirkəti TANAP səhmdarlarının sırasına daxil olmaq hüququ əldə edib.

Hazırda BP qaz kəməri layihəsində 12% paya malikdir. Onun tərəfdaşları SOCAR (58%) və BOTAS-dır (30 %).

TANAP layihəsinin qiyməti $12 mlrd proqnozlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol