Menu

İŞİD liderinin ölümü təsdiqlənib

25.04.2015, 09:15
İŞİD liderinin ölümü təsdiqlənib

İŞİD terror qruplaşmasının silahlıları İraqın Mosul şəhərində yeni “xəlifə” sədaqət andı içiblər. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu, qruplaşmanın lideri Əbubəkir əl-Bağdadinin ölümünün təsdiq olunmasından sonra baş verib.

Məlumata görə, bir neçə gün əvvəl hava zərbəsi nəticəsində yaralanan əl-Bağdadi Suriyanın Rakka şəhərində vəfat edib.

Qruplaşmanın yeni lideri əvvəllər “Əl-Qaidə”nin İraqdakı “məşvərət şurasının” sədri olmuş Əbdürrəhman əl-Əfri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol