Bakıda tikilməkdə olan binada yanğın başlayıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Nəsimi rayonunda yerləşən “Trump tower” otelinin yaxlığında inşa olunan yeni binada yanğın baş verib.Tikilməkdə olan binanın zirzəmisində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Əməliyyat davam edir.
Qeyd edək ki, musavat.com-un məlumtına görə, “Trump tower” otelinin nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədova məxsus olduğu bildirilir.
Hadisə şahidlərinin anspress-ə verdiyi məlumata görə, hadisə “Trump tower” otelində qeydə alınıb.
-----

FHN-dən verilən məlumata görə, Nəsimi rayonu ərazisindəki otelin anbarında baş verən yanğın söndürülüb.Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Tikilməkdə olan binanın zirzəmisində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Yanğın mürəkkəb çağırışlı yanğın kimi qiymətləndirilir.
Yanğının səbəbləri araşdırılır.


Şərhlər