Menu

Nepalda 7,9 ballıq zəlzələ: 150-dən çox adam ölüb - FOTO

25.04.2015, 15:44
Nepalda 7,9 ballıq zəlzələ: 150-dən çox adam ölüb - FOTO

Nepalda baş verən güclü zəlzələ zamanı xeyli adam ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində Nepalın paytaxtı Katmandu şəhərində 150-dən çox insan həyatını itirib.

ABŞ Geoloji Xidmətindən bildirilib ki, zəlzələnin episentri Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə yerləşib və 7,9 bal gücündə olub. Zəlzələ Hindistanın şimalındakı bir çox şəhərdə də hiss edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol