Menu

İran paytaxtını Tehrandan köçürür

24.12.2013, 14:56
İran paytaxtını Tehrandan köçürür

Parlamenti paytaxtın Tehrandan köçürülməsi layihəsini təsdiqləyib

Bu gün İran parlamenti ölkə paytaxtının Tehrandan köçürülməsini nəzərdə tutan qanun layihəni təsdiqləyib.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, iclasda 214 deputat iştirak edib. Qərarın lehinə 110, əleyhinə 67 nəfər səs verib, 10 nəfər isə bitərəf qalıb.

Layihə yeni paytaxt müəyyənləşdirildikdən sonra Tehranda yerləşən siyasi və inzibati strukturların köçürülməsini nəzərdə tutur.

Ancaq İran hökuməti paytaxtın köçürülməsinin əleyhinədir və bununla bağlı İranın ali dini liderinin qərar qəbul etməsini təkid edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol