Menu

Jurnalistlər edam olundu

28.04.2015, 09:30
Jurnalistlər edam olundu

İŞİD terror qruplaşması liviyalı jurnalistləri qətlə yetirib. Anspress-in məlumatına görə, Liviyanın şərqində işləyən beş jurnalistin başlarının kəsilərək qətlə yetirildiyi məlum olub. Bu barədə “Reuters” xəbər yayıb.

Xəbərdə bildirilir ki, Liviya ordusunun komandanlarından Faraj al-Barassi cəsədlərin Yaşıl Dağ adlı ərazidə aşkar edildiyini deyib.

Xatırladaq ki, Liviyanın “Barqa” televiziyasının 4-ü liviyalı, biri misirli olan jurnalistlər ötən ilin avqust ayından bəri itkin hesab olunurdu. Onların Əl-Bayda və İŞİD-in nəzarətindəki Dərna bölgəsi yaxınlığında qaçırıldıqları güman edilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol