Menu

ABŞ-ın dünyanı təşvişə salan silahı - Foto

29.04.2015, 10:04
ABŞ-ın dünyanı təşvişə salan silahı - Foto

20 Mayda bu maşın məxfi saxlanılan vəzifəsi üçün havaya qaldırılacaq

ABŞ-ın hamıdan gizli saxladığı yeni silahın görüntüləri yayılıb. Anspress-in məlumatına görə, məxfi şəraitdə hazırlanan yeni hərbi silahın təyinatının nə olacağı belə bilinmir.

Kiminə görə çox gizli bir bombardmançı təyyarə, kiminə görə isə kosmos üçün nəzərdə tutalan bir aparatdır.

Hazırda qəti olaraq bilinən bir şey var ki, 20 Mayda bu maşın məxfi saxlanılan vəzifəsi üçün havaya qaldırılacaq.

Ekspertlərin fikrincə kod adı X-37B olan aparat pilotsuz casus təyyarəsidir. İkinci versiya kimi ABŞ bu təyyarələrdən Kosmosda bombardman məqsədləri üçün istifadə edəcək.

Üçuncü versiya isə bu aparatdan yalnız kosmosdakı peykləri dəyişdirmək üçün istifadə olunacaq. Lakin bütün bu ehtimallar ABŞ-ın bu aparatı niyə hazırladığını tam açıqlamağa yetərli deyil.

Bununla belə ABŞ-ın bu texnikalardan kosmosda olan digər ölkələrə aid casus peykləri məhv edib yerinə öz casus peyklərini yerləşdirmək üçün istifadə edəcəyi ehtimalı ən yüksək qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol