Menu

Prokuror Müsavat başqanının müavininə 7 il 6 ay iş istədi

29.04.2015, 12:57
Prokuror Müsavat başqanının müavininə 7 il 6 ay iş istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat partiyası başqanın müavini Fərəc Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, Fərəc Kərimlinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.

Məhkəmə prosesi mayın 6-da davam edəcək.

Qeyd edək ki, Fərəc Kərimli narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol