Menu

Üç həftədən sonra strateji tərəfdaşlıq sazişi imzalana bilər

29.04.2015, 13:10
Üç həftədən sonra strateji tərəfdaşlıq sazişi imzalana bilər

“Üç həftədən sonra keçiriləcək Riqa sammitində ən azı Azərbaycanla strateji tərəfdaşlıq sazişi imzalamaq istərdik. Riqa sammitində Azərbaycan bizim üçün prioritet təşkil edəcək”. APA-nın xəbərinə görə, bunu Bakıda keçirilən III Qlobal Forum çərçivəsində təşkil olunan paneldə çıxış edən Latviyanın sabiq prezidenti Valdis Zatlers deyib. O bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün real strateji tərəfdaşdır: “Azərbaycan enerji təchizatı, təhlükəsizlik məsələlərində çox önəmli rola malikdir”.

V. Zatlers Ukrayna-Rusiya münaqişəsi ilə bağlı müəyyən irəliləyişə nail olunacağına ümid etdiklərini də söyləyib: “Avropa İttifaqı sülh istəyir. İspaniyalılar, italiyalılar Şimali Afrikadakı münaqişələri, Şərqi Avropa xalqları Ukraynadakı münaqişəni daha yaxşı başa düşürlər. Biz öz qonşularımıza görə narahatıq. Biz öz təcrübəmizi onlarla bölüşməliyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol