Axtarışda olan şəxs Azərbaycanda tutulub
Rusiyada axtarışda olan şəxs Bakıda tutulub. Anspress-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat Baş Cinayət Axtarışı İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Süleyman Süleymanov saxlanılıb.
Saxlanılan şəxs uzun müddətdir Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışdadır.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər