Rusiyanın baş naziri də «Bremen xoru»na qoşuldu
Rusiya KİV-nin yaydığı məlumata görə, bir qədər gec olsa da, Rusyanın baş naziri Dmitri Medvedyev geydirmə «erməni genosidi»nin 100 illiyi ilə bağlı Ermənistanın baş naziri Ovik Abramyana teleqram göndərib. Hökumətin mətbuat xidməti bu barədə xəbər yayıb. Teleqramda deyilir ki, insanlığa və sivilizasiyaya qarşı işlənmiş cinayətlərə heç vəchlə haqq qazandırmaq olmaz (Rosbalt).
Teleqramda daha sonra deyilir: «Bu dəhşətli faciə barədə həqiqətləri yaşatmaq, keçmişin qorxunc səhifələrinin bir daha təkrar olunmaması üçün əlindən gələni etmək hər kəsin borcudur. Bu yaxınlarda Yerevanda keçirilmş matəm təbdirləri həmin tarixi dərslərin keçici olmadığını bir daha təsdiq etdi...»
Baş nazir Medvedyev gecikmiş olsa da, erməni «qardaşına» başsağlığı verib: «Rusiya Federasiyası hökuməti adından və şəxsən öz adımdan qardaş Ermənistanın bütün vətəndaşlarının dərdinə şərik olduğumu, onlarla birlikdə kədərləndiyimi bildirirəm. Biz, sizin ağrı və kədərinizi bölüşürük!»
Beləliklə, Rusiyanın baş naziri də o biri «qardaşlar»ı kimi «genosid xoru»na qoşulub və həqiqətlərdən bəhs etsə də, düşünülmüş yalanlardan növbəti dəfə «erməni genosidi qayırmaq» cəhdi göstərib.
AzPolitika.info


Şərhlər