Menu

Gürcüstan hökuməti buraxıla bilər - Böhran

29.04.2015, 19:02
Gürcüstan hökuməti buraxıla bilər - Böhran

Bu gün Gürcüstanın postundan istefa verən gənclər və idman naziri Levan Kipiani hökumət böhranına səbəb olub. Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ölkə konstitutsiyasına görə hökumətin 1/3-i vəzifəsini tərk edirsə, parlamentdə yeni hökumətə etimad səsverməsi keçirilməlidir.

Kipianinin vəzifəsindən gedən 7-ci nazir olduğunu nəzərə aldıqda hökumətin buraxılıb-buraxılmamasının parlamentin həll edəcəyi aydındır.

Gürcüstan qanunvericilyinə görə ölkə prezidenti 1 həftə ərzində yenilənmiş nazirlər kabinetinin siyahısını parlamentə təqdim etməlidir.

Baş nazirinin namizədliyini parlamentdə ən çox səs toplamış partiya, qalan nazirləri isə baş nazir özü müəyyən edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol