Menu

Oğlu həbs olunan daxili işlər naziri istefaya getdi

25.12.2013, 11:24
Oğlu həbs olunan daxili işlər naziri istefaya getdi

Türkiyədə adı korrupsiya qalmaqalında hallanan daha bir nazir istefaya gedib.

APA-nın xəbərinə görə, iqtisadiyyat naziri Zəfər Çağlayandan sonra daxili işlər naziri Müəmmər Gülər də istefa verib.

Anadolu agentliyinin verdiyi məlumata görə, Müəmmər Gülər oğlunun da daxil edildiyi çirkin oyunu pozmaq və gerçəklərin daha açıq şəkildə ortaya çızmasına imkan yaratmaq üçün istefa verdiyini açıqlayıb.

Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan istefa verdiyini açıqlayıb. Nazir bildirib ki, dekabrın 17-də həyata keçirilən əməliyyatda hökumətə, partiiyaya və ölkəyə qarşı çirkli bir dəzgah olduğu ortadadır: "Yaxın iş yoldaşlarımın və övladımın da daxil edildiyi bu çirkin oyunu pozmaq və gerçəklərin ortaya çıxmasını təmin etmək üçün iqtisadiyyat naziri vəzifəsindən ayrılmışam".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol