Menu

Bakı Gürcüstanın Saakaşvili ilə bağlı tələbini yerinə yetirmədi - Açıqlama

30.04.2015, 10:23
Bakı Gürcüstanın Saakaşvili ilə bağlı tələbini yerinə yetirmədi - Açıqlama

Gürcüstan baş prokurorunun müavini İrakli Şotadze bəyan edib ki, Gürcüstanın baş prokurorluğu vətənində ittiham olunan və axtarışda olan eks-prezident Mixail Saakaşvilini ekstradisiya etmək tələbinə Azərbaycan tərəfindən cavab almayıb.

"Gürcüstanın prokurorluğu tərəfindən Azərbaycanın prokurorluğuna eks-prezidentin saxlanması və ekstradisiyası barədə müvafiq tələb göndərilib. Bu zaman Gürcüstan və Azərbaycanın prokurorluqları arasında mövcud ikitərəfli əməkdaşlıq formatı əsas götürülüb. Hərçənd ki, hələlik biz Azərbaycanın baş prokurorluğundan heç bir cavab almamışıq," Şotadze jurnalistlərə deyib.

O əlavə edib ki, cavabla bağlı konkret müddət müəyyən olunmayıb, lakin "müvafiq reaksiya olmayıb".

KİV-lərin verdiyi məlumata görə eks-prezident Bakıya gələrək açıq cəmiyyətlərin III Qlobal forumunda iştirak edib.

Daha əvvəl Gürcüstan tərəfi Saakaşavilinin Gürcüstana verilməsini Ukraynadan tələb edib, lakin bu tələb uğursuzluqla nəticələnib.

Fevralda Gürcüstanda axtarışda olan görkəmli siyasətçi Ukrayna prezidenti Petro Poroşenkonun ştatdankənar müşaviri və islahatlar üzrə beynəlxalq məşvərət şurasının sədri təyin edilib. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol