Menu

“Sağlam Yaşa” Daşkəsəndə tədbir keçirib - Fotolar

30.04.2015, 15:48
“Sağlam Yaşa” Daşkəsəndə tədbir keçirib - Fotolar

“Sağlam Yaşa” Gənclərin Maarifləndirliməsi İcitmai Birliyi 28 aprel 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Daşkəsən rayonunda “Bakı 2015” ilk Avropa Oyunları ilə bağlı müxtəlif əhali qrupları arasında məlumatların artırılması mövzusunda tədbir keçirib. Tədbir iştirakçılarının kütləviliyi İlk Avropa oyunlarına rayonda böyük maraq göstərilməsinin bariz nümünəsidir. Tədbiri giriş sözü ilə İctimai Birliyin sədri Qəribova Həbibə açaraq Avropa oyunları haqqında geniş məlumat verdi. Bu oyunların ölkəmizdə keçirilməsinin böyük bir hadisə olduğunu, ölkəmizə gətirəcəyi siyasi dividentlərdən, Qarabağ hadisələrinin dünya ictimaiyyətinə tanıdılmasına verəcəyi töhfələrdən danışdı. Daşkəsən rayon İcra Hakimiyyəti İctimai və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elmar Əliyev çıxış edərək bildirdi ki, 16 may 2015-ci il tarixində Avropa Oyunları məşəli Daşkəsən rayonuna gətiriləcək. O, gəncləri bu aksiyada könüllü şəkildə iştirak etməyə dəvət etdi. Tədbirdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Hacı Məmmədov və Gənclər və İdman İdarəsinin məsul işcisi Rəşail Babayev iştirak edib. Sonra tədbir iştirakçılarına mövzunu əhatə edən buklet, papaq və köynəklər paylanıb.

[gallery ids="114752,114753,114754,114755,114756,114757"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol