“Marja” “İtar-Tass”a istinadən xəbər verir ki, Rusiyanın enerji şirkəti “Qazprom”un sədr müavini Aleksandr Medvedev, 63 milyard kubmetr Rusiya qazını Türkiyə üzərindən Avropaya daşıyacaq “Türk Axını” boru kəmərinin 2020-ci ildə tamamlanacağını bildirib.
Layihənin təqvimə uyğun şəkildə irəlilədiyini qeyd edən Medvedev, “2020-ci ilə gəldiyimiz zaman layihənin son addımı atılmış olacaq və qaz nəqlinə başlayacağıq” - deyib.
Rusiya Prezidenti Vladimir Putinin, 2014-cü ilin Dekabr ayında ləğv etdiyi “Cənub Axını” Layihəsinin əvəzində həyata keçiriləcəyini açıqladığı “Türk Axını” ilə cəmi 63 milyard kubmetr qaz daşınacaq.
“Türk Axını” boru kəmərinin ümumilikdə 910 kilometr uzunluğunda olması, bunun 660 kilometrinin Rusiya ərazisindən, 250 kilometrinin isə Türkiyədən keçirilməsi planlaşdırılır.


Şərhlər