Türkiyə Prokurorluğu “paralel dövlət” iddiaları ilə bağlı “casus” araşdırması başladıb. Musavat.com-un məlumatına görə, araşdırma baş tutacaq əməliyyatların Tvitter sosial şəbəkəsində “Fuat Avni” profilindən əvvəlcədən yayılmasıyla bağlıdır.
Prokurorluq bu məlumatları həmin profilə ötürənləri tapmaq üçün Türkiyənin 81 əyalətində ədliyyə işçilərinə qarşı əməliyyat başladıb. Əməliyyat çərçivəsində ədliyyə işçiləri nəzarətə alınıb. Əməliyyatlardan əvvəl və sonra məhkəmə binalarına gələnlərin giriş-çıxış vaxtları araşdırılıb.
İstintaqın gedişatında dosyeləri əldə edə bilən işçilər haqqında təhqiqat aparılır.


Şərhlər