Menu

Təhsil Nazirliyindən ABU tələbələri ilə bağlı qərar

30.04.2015, 17:07
Təhsil Nazirliyindən ABU tələbələri ilə bağlı qərar

Arxivdə aşkar olunmuş attestatların qaytarılmasına başlanılır

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunub təhsili müəyyən səbəblərdən yarımçıq qalmış şəxslərin arxivdə aşkar olunmuş attestatlarının Təhsil Nazirliyi tərəfindən qaytarılmasına başlanılır. ANS PRESS-in məlumatına görə, həmin şəxslərin siyahısı Təhsil Nazirliyinin rəsmi saytında və Facebook səhifəsində yerləşdirilib.

Qeyd olunan siyahıda adı olan şəxslər 4 may 2015-ci il tarixdən Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) zəng edərək, qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə (digər şəxslər etibarnamə əsasında) hər həftənin çərşənbə axşamı və çərşənbə günləri Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edərək, müvafiq sənədlərini geri ala bilərlər.

Siyahı ilə burada tanış ola bilərsiniz: www.edu.gov.az/upload/file/xeber/2015/ABU_attestat.xlsx

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol