Menu

Yağış və tufan gözlənilir - Proqnoz

30.04.2015, 19:34
Yağış və tufan gözlənilir - Proqnoz

Günəşli və açıq havalardan sonra cümə günü Azərbaycanda hava şəraitinin pisləşəcəyi gözlənilir. Sinoptiklərin məlumatına görə, Bakıda və Abşeronda mayın 1-də hava tutqun olacaq, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacaq, tufan olacaq. Gündüz yağıntısız keçəcək, lakin güclü şimal-qərb küləyi əsəcək, axşama doğru zəifləyəcək. Havanın temperaturu gecə +8 +13, gündüz +19 +24 dərəcə təşkil edəcək.

Azərbaycanın regionlarında bəzi yerlərdə ildırım çaxacağı, yağış yağacağı gözlənilir, arabir qərb küləyi əsəcək. Havanın temperaturu gecə +10 +15, gündüz +23 +28 dərəcə, dağlarda gecə +6 +11, gündüz +11 +18 dərəcə təşkil edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol