Çin inşaatçıları bunu bacarıblar...
Çinin Xuanan əyalətinin Çanşa dairəsində polad və şüşədən ibarət düzbucaqlı konstruksiya ucaldılıb. Binanın tikintinsinin gedişində inşaatçılar gündə üç mərtəbə ucaltmağa imkan verən modul üsulundan istifadə ediblər. Bu üsuldan ABŞ və Britaniyada da istifadə olunur, amma hazır tikilinin xarici görünüşünün primitivliyi baxımından, üsul arxitektorlar arasında hörmətlə qarşılanmır (Lenta.ru).
Xəbər verilir ki, tikintinin başlanmasına qədərki mərhələdə göydələn üçün nəzərdə tutulan 2736 modulun hazırlanması üçün dörd aydan çox vaxt sərf olunub. Binanın 20 mərtəbəsi ötən il ucaldılıb, qalan 37 mərtəbə isə 2015-ci ilin fevralında tikilib.
AzPolitika.info


Şərhlər