Menu

Yunanıstandan SOCAR-a yeni şərtlər

01.05.2015, 15:23
Yunanıstandan SOCAR-a yeni şərtlər

Yunanıstan SOCAR-a DESFA üzrə sövdələşmənin yeni şərtlərini təqdim edib

Yunanıstan hökuməti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) ölkənin DESFA qaz operatorunda 49 faizlik payın satışı imkanlarını nəzərdən keçirir. Bu barədə Trend "Bloomberg"ə istinadən məlumat verir.

Yunanıstan Energetika Nazirliyi və DESFA şirkətindən şərh almaq hələ mümkün olmayıb.

Qeyd edək ki, SOCAR 2013-cü ilin dekabrında DESFA-nın səhmlərinin 66 faizinin (400 milyon avro dəyərində) əldə edilməsi üzrə tenderin qalibi olub. Mövcud şərtlərə əsasən, qalan hissə Yunanıstana məxsus olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol