Menu

ABŞ hərbi xərcləri 40 milyard dollar artırır!

01.05.2015, 15:22
ABŞ hərbi xərcləri 40 milyard dollar artırır!

Xəbər verilir ki, son 6 ildə ilk dəfə olaraq, ABŞ Konqresi Nümayəndələr Palatası senatla razılaşdırılmış büdcə layihəsini qəbul edib. Amma prezident Barak Obama bu qanunu imzalamaq fikrində deyil (Rosbalt).

Sənədin ilk versiyası Konqresin hər iki palatası tərəfindən hələ cari ilin martında bəyənilmişdi. Layihə bəzi fikir ayrılıqlarının razılaşdırılmasından sonra təkrar səsverməyə çıxarılıb. Əvvəlki variantın lehinə 219 konqresmen, yeni variantın lehinə isə 226 konqresmen səs verib (əleyhinə 197 konqresmen).

Büdcə layihəsi novbəti 10 il ərzində sosial xərcləri 5 trilyon dollar azaltmağı nəzərdə tutur. Bu zaman 2016-cı il üçün hərbi xərcləri 40 milyard dollar artırmaq planlaşdırılır.

Bundan əvvəl prezident Barak Obama administrasiyası bildirmişdi ki, Konqres tərəfindən təsdiq olunacağı təqdirdə, dövlət başçısı bu qanunun tətbiqinə veto qoymaq fikrindədir. Demokratların fikrincə belə büdcə aztəminatlı əhalinin və orta təbəqənin maraqlarına zərbə vurur.

Senatda səsvermə artıq gələn həftə baş tuta bilər. Bu bəyannamə müstəqil qanun qüvvəsinə malik deyil və prezidentin imzasına ehtiyacı yoxdur. Amma büdcənin hazırlanmasında nəzərə alınacaq.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol