Menu

Futbolçular Cahangir Hacıyevə belə etiraz etdi - Foto

01.05.2015, 18:31
Futbolçular Cahangir Hacıyevə belə etiraz etdi - Foto

 Azərbaycan Beynəlxalq Bankının sabiq prezidenti Cahangir Hacıyevin rəhbəri olduğu klubun futbolçuları ona etiraz edib. Azerisport.az xəbər verir ki, komanda üzvləri matçın start fiti səslənən kimi meydanın özlərinə aid hissəsində oturublar.

Onlar bir neçə saniyə sürən bu etiraz aksiyasının ardından oyuna başlayıblar.

Qeyd edək ki, "Simurq"da hazırda ciddi maliyyə problemləri var. Komanda üzvlərinə isə ötən gün klub rəhbərliyi mövsümün sonunadək pulsuz oynamağı təklif edib. Onlar da çox güman ki, buna etiraz əlaməti olaraq belə bir addım atmağa qərar veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol