Menu

İstanbulda 203 nümayişçı saxlanıldı

02.05.2015, 08:55
İstanbulda 203 nümayişçı saxlanıldı

İstanbulda 1 May mitinqlərində 203 nəfər saxlanılıb, 24 nəfər xəsarət alıb. APA-nın DPA agentliyinə istinadən verdiyi məlumata görə, xəsarət alanlardan 18-i nümayişçi, 6-sı isə polis əməkdaşıdır.

Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Xatırladaq ki, Türkiyənin Həmkarlaq İttifaqları "1 May - Zəhmətkeşlərin Həmrəyliyi Günü" münasibətilə yürüş keçirmək və Taksim meydanında mitinq təşkil etmək üçün İstanbul Bələdiyyəsinə müraciət etmişdi, lakin şəhər rəhbərliyi onlara rədd cavabı vermişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol