Menu

Nepal zəlzələsində zərərçəkənlərin sayı 14 mini ötdü

02.05.2015, 09:00
Nepal zəlzələsində zərərçəkənlərin sayı 14 mini ötdü

Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6621 nəfərə çatıb, zərərçəkənlərin sayı isə 14 mini ötüb. APA-nın məlumatına görə, bu barədə Nepalın fövqəladə hallar üzrə Milli Mərkəzi açıqlama yayıb.

Məlumata əsasən, təbii fəlakət nəticəsində 138 min ev dağılıb, 120 min evə ziyan dəyib.

Aprelin 25-də baş vermiş 7,9 ballıq zəlzələ Nepalda son 80 il ərzində ən güclü zəlzələ olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol