Menu

"11 ildir millətimizi xəyal qırıqlığına uğratmadıq"

25.12.2013, 17:10
"11 ildir millətimizi xəyal qırıqlığına uğratmadıq"

Baş nazir Rəcəb Tayyib Ərdoğan 3 nazirin istefasından sonra AKP-nin genişləndirilmiş vilayət rəhbərləriı konfransında ölkəsinin gündəmi ilə bağlı çıxış edib.

Müsavat.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Ərdoğan bildirib ki, AKP korrupsiyaya göz yummaz: "11 ildir millətimizi xəyal qırıqlığına uğratmadıq . Biz məhşərdə hesab verəcəyimizi də bilirik. AKP sui-istifadələrə qarşı dözüm göstərməz. Bizim mövcudluq səbəbimiz buddur. Biz bu günlərə dürüstlüyümüzlə gəldik. Bizi bu günlərə dik duruşumuz gətirdi. Bizim həyat yolumuz süd kimi dümağdır. Bu zolaqlı ən kiçik bir qaralıq bizə diqqət çəkər".

Baş nazir bildirib ki, onların başqalarını nümunə almasına ehtiyac yoxdur: "Yaxşılar bizə nümunə ola bilər, amma bizim üçün hesabatı qara olanlar örnək ola bilməz. Onların etdikləri onsuz da ortadadır".

Ərdoğan deyib: "Millət bizə güvənsin. Bizlər hər zaman haqqı söyləməyə, doğruya doğru, əyriyə əyri deməyə davam edəcəyik. Xalqın qarşısında hesaba çəkilə bilər. Bundan da kənar, hesab günündə məhşərdə hesaba çəkiləcəyimizi də bilirik. Hər addımı bu şüurla , bu anlayışla, bu qorxuyla atarıq.

Baş nazir bildirib ki, "dövlət qurumlarının heç birini bütünlüklə töhmət altında buraxmarıq, çürükləri təmizləyərik ya da təmizlənməsi üçün lazım olanı edərik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol