Menu

"Taliban"a ağır zərbə

02.05.2015, 12:14

Taliban-TerrorculariSon sutka ərzində Əfqanıstan Silahlı Qüvvələrinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində “Taliban” radikal birləşməsinin 60-dək döyüşçüsü zərərsizləşdirilib. APA-nın “RIA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilir.

“Əməliyyat Uruzqan, Zabul, Qazni, Gilmend, Loqar, Qunduz, Sari-Pul, Badahşan, Fryab, Paktiya, Host və Baqlan vilayətlərində aparılıb. Nəticədə “Taliban”ın azı 57 silahlı üzvü öldürülüb, 35-i yaralanıb, 2 döyüşçü isə Əfqanıstan milli təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib”,- deyə DİN-in məlumatında deyilir.

Silahlı Qüvvələrin itkisi barədə məlumat verilmir.

Nazirliyin məlumatına görə, hərbçilər döyüşçülərin yüngül və ağır silahlarını müsadirə ediblər. Polis 7 əldəqayırma partlayıcı vasitəni zərərsizləşdirməyə də müvəffəq olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol