Menu

ABŞ Suriya müxalifətini silahla təmin etməyə başlayıb

11.09.2013, 12:34
ABŞ Suriya müxalifətini silahla təmin etməyə başlayıb

ABŞ Suriyadakı üsyançılara silah yardımına başlayıb.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Suriya müxalifət koalisiyasının nümayəndəsi Xalid Saleh Vaşinqtonda açıqlayıb. O bildirib ki, amerikalılar müxaliflərin yaratdığı Ali Hərbi Şuranın effektivliyinə və silahların pis əllərə düşməyəcəyinə əmin olduqdan sonra bu addımı atıblar.

ABŞ dövlət katibi Con Kerri də üsyançıların uzun müddətdir ABŞ-dan istədikləri “bəzi predmetlər”in göndərilməsinə başlandığını açıqlayıb.

Qeyd edək ki, ABŞ hökumətinin Suriyadakı müxalifləri silahlandırmağı planlaşdırdığı haqda xəbərlər bu ilin iyununda yayılıb. Prezident Barak Obamanın bu barədə qərar qəbul etdiyi bildirilirdi. Söhbət atıcı silahlar və tank əleyhinə komplekslərdən gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol