Menu

ABŞ hərbi təyyarəsi Nepala xilasedicilər daşıyır

04.05.2015, 10:59
ABŞ hərbi təyyarəsi Nepala xilasedicilər daşıyır

Mayın 4-də ABŞ hərbi təyyarəsi Nepalın zəlzələ baş vermiş ucqar ərazilərinə xilasedicilər və ləvazimat daşımağa başlayır.ABŞ Hava Qüvvələrinə məxsus C-17 nəqliyyat təyyarəsi və 4 Ospreys aparatı mayın 3-də axşam paytaxt Katmanduya çatıb.

Amerika generalı deyib ki, pilotlar Katmandudan ucqar ərazilərə uçuşlar edəcəklər.

“Onlar dərhal dəyişiklik yaradacaq,” ABŞ Briqada generalı Pol Kennedi jurnalistlərə deyib.

Aprelin 25-də baş vermiş zəlzələdən ölənlərin sayı 7250-yə çatıb, 14 min insan yaralanıb.

Ancaq xilasedicilər dağlıq ərazilərdə axtarışa başlayan kimi bu rəqəmlərin artacağı gözlənir ("Azadlıq" radiosu).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol