Menu

Maya dəyəri 83 dollara olan saat 1300 manata satılır - BAKIDA

04.05.2015, 16:49
Maya dəyəri 83 dollara olan saat 1300 manata satılır - BAKIDA

Apple Watch-un maya dəyəri cəmi 83.70 dollardır. Saatın rəsmi satış qiyməti isə 350 dollardan başlayır və 10 min dolları da ötür.

Apple Watch Aprel ayında bazara təqdim olunub və ABŞ-da ön sifariş açıldığı gün 1 milyona yaxın sifariş alaraq rekord qırıb. Apple Watch-ın korpusu açılıb və detallarının xərci hesablanıb. Məlum olub ki, dünyada məşhur bir çox ulduzun da qollarını bəzəyən saatın istehsal xərci yalnız 83.70 dollardır, yəni təxminən 88 manat. Saatın satış qiyməti isə 350 dollardan, yəni 367 manatdan başlayır. 27 Apreldə “Computex” mağazası ağıllı saatın Apple Watch Sport modelinin 1699,99 manata satışına başlamışdı. Rəqiblərinin Apple Watch-u daha aşağı qiymətə təklif etməsi, ilk satışdan qazanmaq istəyən “Computex”in planlarını pozub.

Rəqibi “İrşad Electronics” Apple Watch Sport saatını 1349 manata satmağa başlaması ilə, “Computex” həmin modelin qiymətini 1310 manata endirib.

10 MİN DOLLARDAN BAHA OLAN SAATIN 3 İL ÖMRÜ VAR

Apple məhsullarında batareya problemi tez-tez şikayət edilən bir məsələ olduğundan, bəzi modellərinin qiyməti 10 min dolların üzərinə çıxan Apple Watch-un batareyasının, dəyişdirilmədən neçə il dözəcəyinə dair müzakirələr də başlayıb.

10 min dollarlıq mexaniki bir saatın, on illər, hətta əsrlər boyu qalması və nəsildən nəslə keçməsi mümkün olduğu halda, sözügedən rəqəmsal bir saatın batareya ömrünün 2.5 ili keçməsinin çətin olduğu deyilir.

Bir neçə il sonra məhsullarına dəstəyi zəiflətməsi, hətta dayandırması texnologiya şirkətlərinin adətidir. Ehtiyat hissələrinin tapılmaması kimi problemlərin də baş verəcəyi bir vaxtda istifadəçilərin təngə gələcəyi ehtimallar arasındadır.

APPLE WATCHUN BATAREYA ÖMRÜ 3 İLDİR

Apple-ın rəsmi məlumatına görə, saatın 1000 dəfə bütöv doldurma ömrü var. Bu prosesdən sonra orijinal tutumun 80%- tükənir. Saatın hər gün bir dəfə doldurmaq tələb edildiyi düşünülsə, 1000 gün, təxminən 3 ilə bərabər gəlir. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol