Menu

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri protokol imzaladı

04.05.2015, 17:53
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri protokol imzaladı

Ankarada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gedib. Müdafiə naziri Atatürkün məzarını ehtiramla ziyarət edib, önünə əklil qoyub və Şərəf kitabına ürək sözlərini yazıb.

Sonra Türkiyə Respublikasının Baş Qərargahında Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçirilib.

Görüşdə üç ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın tənzimlənməsi məqsədilə Koordinasiya Qrupunun yaradılması qərara alınıb.

Qurumun məqsədi birgə təlimlər, kurslar və treninqlərin keçirilməsi, təhsil və tibb sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərin əlaqələndirilməsi olacaqdır.

Görüşün yekunlarına dair Protokol imzalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol