BBC-nin yaydığı xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) bəyan edir ki, Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənin paytaxtı Səna şəhərinin aeroportuna aviazərbələri dayandırmalıdır. Beynəlxaq təşkilatdan bildirilir ki, zərbələrin nəticəsində aeroportun uçuş-eniş zolaqlarının zədələnməsi Səna aeroportuna humanitar yardım daşıyan təyyarələrin enişini mümkünsüz edir (Rosbalt).
Yəmənə humanitar yardım üzrə BMT-nin koordinatoru Yohannes van der Klauv bu barədə belə deyib: «Yəməndə olduqca vacib kommunikasiya vasitələrinin və digər avia-dəniz limanlarının qorunub saxlanması üçün Səna aeroportuna aviazərbələrin dayandırılmasını koalisidan israrla tələb edirəm».
Ötən həftənin sonunda BMT bildirmişdi ki, kəskin yanacaq qıtlığı Yəməndə həyatı iflic edə bilər. BMT-nin yüksək çinli məmurunun sözlərinə görə, səhiyyə sistemi, telkommunikasiya, su təchizatı sistemlərinin fəaliyyət göstərə bilməyəcəyi səbəbindən, ölkədə bir neçə gün ərzində həyatın tamamilə dayanmaq təhləkəsi var.
AzPolitika.info


Şərhlər